27 oktyabr 2023 11:10
347

Milli Məclisdə qadın və uşaq hüquqları üzrə qanunvericiliklə bağlı ictimai dinləmə keçirilir

Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.

“İki sahil” xəbər verir ki, ictimai dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutur.

Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar və media nümayəndələri iştirak edirlər.