Dünyanın ikinci ən böyük neft sahələrinə xidmət şirkəti olan “Halliburton” bu ilin ilk rübündə 2,4 milyard dollar zərər etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin 2015-ci ilin birinci rübündəki zərəri isə 643 milyon dollar olmuşdu. 2015-ci ilin ilk rübündə 7 milyard dollar xalis gəlir əldə edən “Halliburton” bu ilin eyni dövründə isə 4,2 milyard dollar qazanıb.
Cari ilin ilk 3 ayında “Halliburton”un səhmləri Nyu-York birjasında 5 faizə yaxın dəyər itirib.