27 oktyabr 2023 17:31
391

Azərbaycanın QDİƏT-in icazə sənədi sisteminə qoşulması gözlənilir

Azərbaycanın Qara dəniz bölgəsində nəqliyyat hərəkətinin sadələşməsi məqsədilə tətbiq olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) icazə sənədi sisteminə qoşulması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş prezidenti Lazar Comanescu Bakıda keçirilən QDİƏT-in URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsə artıq 9 ölkə qoşulub.

"Biz bu sayın artırılması üzərində çalışırıq və ümid edirik ki, Azərbaycan Respublikasında da bu icazələr sistemi tətbiq olunacaq", - Lazar Comanescu qeyd edib.

O, əlavə edib, bu sistemin tətbiqi sərhədlərdə gözləmə vaxtının azaldılmasına, sürücülərin iş şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq.