Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib.
“Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir.
Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, - sənəddə deyilir.
Sənəddə eyni zamanda, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb