Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM-də) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, üzvləri Jalə Əhmədova və Ramin Məmmədov qurumun komitə iclaslarında iştirak etmək üçün oktyabrın 30-da Türkiyənın İstanbul şəhərinə səfər edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat ximəti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Jalə Əhmədova Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin, deputat Ramin Məmmədov isə Texnoloji və ekoloji məsələlər üzrə komitənin iclaslarında iştirak edəcəklər.
Səfər noyabrın 1-də başa çatacaq.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb