Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi”.
Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Kasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb