Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar bu ölkə Parlamenti Senatının sədri Maulen Aşimbayevə və Parlament Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildiriblər ki, Milli Məclisin sədri şəxsən öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa diləyib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb