Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda iştirak edərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səfir Rəşad Məmmədov Türkiyə Respublikası Prezident Kompleksində keçirilən qəbulda iştirak edib və cənab Prezident Rəcəb Tayyib Ərdoğana Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Neçə belə yüzilliklərə, Türkiyə!”, – diplomatik missiya qeyd edib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb