"Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir".
“İki sahil” xəbər verir ki, bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
O bildirib ki, Ermənistan hökümətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar: "Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağa edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan höküməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirilənlər məsuliyyətə cəlb edilə bilər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, - deyə Elnur Məmmədov bildirib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb