“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir”.
“İki sahil” xəbər verir ki, bunu Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, ölkəsinin firavan gələcəyi ondan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı, o cümlədən nəqliyyat əlaqələrini bərpa etməyi tələb edir: “Bu, yeni ticarət və investisiyalara, iş yerlərinin açılmasına, iqtisadi artıma, çiçəklənməyə və Ermənistanın özü üçün siyasi sabitliyə gətirib çıxaracaq. Son illər Paşinyan açıq şəkildə bəyan edib ki, o, Azərbaycanla sülh istəyir. O, doğrudan da, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Lakin ona indiyədək Qarabağdakı keçmiş radikal millətçi rejim və qeyri-qanuni hərbi birləşmələr mane olurdu. İkinci Qarabağ müharibəsindən üç il sonra həmin ekstremist millətçi rejim və Ermənistanın qeyri-qanuni hərbi birləşmələri Qarabağdan çıxarıldı, yəni sülh müqaviləsinin qarşısında duran son maneələr aradan qaldırıldı”.
Ekspert hesab edir ki, Nikol Paşinyan sülh müqaviləsi üzrə danışıqları intensivləşdirəcək və Ermənistanı iqtisadi tərəfdaş kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq içərisində firavan gələcəyə aparacaq: “Bunu gözləyirəm. Ancaq sözügedən proses hələ bir az vaxt aparacaq, çünki Azərbaycan və Türkiyə ilə davam edən gərginlikdən qazanc və mənfəət əldə edən kifayət qədər erməni siyasətçilər var. Amma fikrimcə, Ermənistanda sülhsevər siyasi qüvvələr getdikcə güclənir”. /REPORT/
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb
Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib
Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək
Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək