01 noyabr 2023 10:28
292

Samxaradze: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Tbilisidə imzalanmasını istəyirik

Gürcüstan 3+3 formatında iştirak etməyərək Qafqazdaxili məsələlərin həllində iştirakını dayandırmayıb.

“İki sahil” xəbər verir ki, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalının efirində belə deyib.

"Əksinə, biz Tbilisinin (Azərbaycan və Ermənistan arasında - red.) böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”, - deyə Nikoloz Samxaradze əlavə edib.