Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İnqilab Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna göndərdiyi məktubda deyilir.
"Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur", - Azərbaycan lideri vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Vüqar Rəhimzadə: Avropa Parlamenti Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilib