Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbulu zamanı deyib.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib.
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Vüqar Rəhimzadə: Avropa Parlamenti Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilib