01 noyabr 2023 12:01
278

Prezident Azərbaycanla Pakistanın birgə hərbi təlim keçirməsinin önəminə toxunub

Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq var.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbulu zamanı bildirib.

Dövlət başçısı söhbət zamanı ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxunub.