01 noyabr 2023 12:09
320

Asim Munir: Azərbaycanın uğurlu antiterror tədbirləri Pakistanda böyük sevinclə qarşılanıb

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Prezident İlham Əliyev tərəfindən qəbul zamanı bildirib.

Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğulayıb.