Türkiyənin məşhur müğənnisi Candan Erçetin “Galatasaray” futbol klubunun prezidentliyi üçün namizəddir.
“Ölkə.Az” xəbər verir ki, bunu “Habertürk” kanalının jurnalisti Meriç Müldür bildirib.
Jurnalistin xəbərinə əsasən, prezident namizədləri arasında Candan Erçetinin də adı var. Artıq müğənni ilə danışıqlar aparılıb. Simvolik prezidentliklə güclü idarəetmənin qurulması planlaşdırılır.