02 noyabr 2023 10:06
315

Gələn il parlament partiyalarına 5 milyon manat ayrılacaq

Gələn il Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyalara ayrılacaq vəsait məlum olub.

“İki sahil” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsində VI çağırış Azərbaycan Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5,0 milyon manat vəsait nəzərə tutulub.