“Azərbaycan ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qalır və qonşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov "Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri" adlı simpoziumda deyib.
“Azərbaycan dövlətlər arasında bərabərlik, qarşılıqlı hörmət, o cümlədən ərazi bütövlüyü və ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalır. Ölkəmiz oxşar maraqları bölüşən dövlətlərlə əməkdaşlığa açıqdır. Lazım gələrsə, ölkəmizin milli maraqlarını təhdid edən istənilən çağırışa müqavimət göstərərik”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətlə bağlı məsələlərdə tutduğu prinsipial mövqe sayəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.