“Hərbi xərclərimiz artıb, amma prosesləri izləyirik və görürük ki, Ermənistanda büdcəsində hərbi xərclər 10 % artırılır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan büdcəsi təbii ki, Ermənistanla müqayisə edə bilməz: “Ancaq Avropanın 26 ölkəsindən 23-ü Ermənistana öz missiyasını göndərib. Onlar indi mülkidir, amma hərbi missiyaya da çevrilə bilər. Kanada heç Avropa İttifaqına daxil deyil, amma o da missiya göndərib. Ermənistanda onlar Azərbaycana qarşı təzyiq kampaniyası həyata keçirməyə çalışırlar. Fransa Ermənistanı silahlandırır. Bütün bunların fonunda büdcədə hərbi xərcləri 6 % yox, 10 % və daha çox artırılmasını təklif edirəm”.