Rusiya Federasiyasında qanun pozuntusuna yol vermiş miqrantlar qanuna uyğun olaraq cəzalandırılır.
“İki sahil” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov miqrantlarla bağlı bir neçə cinayət hadisəsinə münasibət bildirərkən deyib.
“Hüquq-mühafizə orqanları var, onlar öz funksiyalarını yerinə yetirirlər. Buna belə yanaşmaq lazımdır: əgər cinayət törədilibsə, onlar (qanunu pozan miqrantlar-red) qanunla təqib olunurlar”, deyə Kreml rəsmisi bildirib.
Peskov, eyni zamanda, vurğulayıb ki, heç bir qanunu pozmayan çoxlu sayda düzgün həyat tərzi sürən miqrantlar da var.
Qeyd edək ki, Kreml sözçüsü bununla Nijni Novqorod vilayətindəki məktəblərin birində övladının iştirakı ilə baş verən münaqişədən sonra 5 nəfərlik azərbaycanlı miqrant ailəsi miqrasiya qanunlarını pozduğuna görə Rusiyadan deportasiya olunacağı və Sankt-Peterburqda azərbaycanlı yeniyetmələrin iştirakı ilə baş vermiş insidentə münasibət bildirmiş olub.
Xatırladaq ki, oktyabrın 15-dən başlayaraq Rusiya KİV-ləri Tural Məmmədov adlı Azərbaycan əsilli Rusiya vətəndaşının Peterburqda təsadüfi yoldan keçənləri döyülməsini təşkil etdiyini və döyülmənin görüntülərini internetdə yaydığı barədə məlumatları "Azərbaycan mafiyası Peterburq sakinlərimə hücum edir" başlığı iıə tirajlayıb. Tural Məmmədovun beynəlxalq axtarışa verildiyi, Azərbaycan tərəfinin onu saxladığı və yaxın vaxtlarda prosedura uyğun Rusiya tərəfinə ekstradisiya edəcəyinə dair məlumatlar yayılıb.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək