03 noyabr 2023 17:43
339

Türk dövlətlərinin birliyi üçün ortaq əlifbanın tətbiqi vacibdir - Ərdoğan

Türk dövlətlərinin birliyi üçün vahid türk əlifbasının tətbiqi vacibdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Birliyimiz üçün dil və ortaq əlifba önəmlidir. Bu məsələdə prezidentlərin dəstəyi vacibdir. Ali Təhsil Şuramız bu istiqamətdə öz təkliflərini TDT katibliyinə məruzə edib. Ümid edirik ki, bu təkliflər yüksək qiymətləndiriləcək”, - deyə R.T. Ərdoğan əlavə edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.