03 noyabr 2023 20:15
341

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin başçısı bolqarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Bolqarıstanın bu qurumdakı səfiri, keçmiş xarici işlər naziri Nikolay Milkovla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat X hesabında bildirib.

Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və ikitərəfli əlaqələr müzakirə edilib.