04 noyabr 2023 09:04
466

2500 illik məzar tapıldı - FOTO

Çex arxeoloqları 2500 il əvvəl yaşamış qədim Misirin mötəbər şəxsinin məzarını aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu, 2023-cü ilin ən böyük arxeoloji tapıntılarından biridir.

Sərdabə qədim Misir hökmdarlarının, onların qohumlarının və ən yüksək rütbəli şəxslərinin Memfis yaxınlığındakı nekropolunun ərazisində yerləşir. O, əla vəziyyətdə qalıb. Arxeoloqlar mərhumun kimliyini təyin edə biliblər. Onun adı Cehutiemhat olub və o, fironun şəxsi katibi vəzifəsində çalışıb.

Sərdabə qədim Misir fironlarının XXVI və ya XXVII sülalələrinin hakimiyyəti dövrünə təsadüf edir.