"Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə 11 müxtəlif sahə üzrə işçi qruplar fəaliyyət göstərir".
“İki sahil” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - görülmüş işlər və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə çox qısa müddət ərzində görülən işlər göz önündədir: "Sözsüz ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin səyi və igid ordumuzun gücü sayəsində 30 illik işğala son qoydu. İgid oğullarımızın qanı-canı bahasına torpaqlarımız azad edildi".
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək