04 noyabr 2023 12:44
507

Azərbaycanda hava proqnozını öyrənmək üçün mobil tətbiq istifadəyə veriləcək

Azərbaycanda hava şəraiti ilə bağlı proqnozu öyrənmək üçün “Meteo az” mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.

"İki sahil” bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm "Android", həm də iOS platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin ”Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.