“Beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırırıq”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Səfirin sözlərinə görə, Türkiyə 40 ildir ki terror teşkilatı ilə mübarizə aparır: “Bu baxımdan, Türkiyə həm terrorla mübarizədə, həm də mina təmizləmə işində kifayət qədər təcrübəlidir”.
C.Bağçı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina təmizlənənədək davam edəcək: “Biz bu işlə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək