04 noyabr 2023 14:19
550

Hakerlərin “WhatsApp” vasitəsilə yaydığı casus proqramının qurbanlarının 46 %-i Azərbaycandan olub

Hakerlər tərəfindən “WhatsApp” rejimi vasitəsilə casus proqramlarının yayılmasına 340 min cəhd edilib və bu, dünyada bütün istifadəçilərə çatsa da, qurbanların 46 %-nin Azərbaycandan olub.

"İki sahil” “Kaspersky”nin dərc etdiyi bəyanata istinadən məlumat verir ki, çoxlu sayda qurbanların olduğu digər ölkələr arasında Yəmən, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də var.

Qeyd olunub ki, “Kaspersky”nin tədqiqatçıları hakerlərin “Android” cihazlarında “WhatsApp” istifadəçilərinin şəxsi məlumatlarını gizli şəkildə toplayan casus proqram təminatını yaydığını aşkarlayıb. Hakerlər bunu əvvəllər “Telegram”da tətbiq edilən eyni üsulla həyata keçiriblər. Bu casus proqramı qurbanın yazışmalarını, şəxsi məlumatlarını və kontaktlarını oğurlaya bilir.

Bildirilir ki, hücum cəhdlərinin faktiki sayı daha çox ola bilər.