04 noyabr 2023 13:39
410

Baş nazir: Yeni idarəetmə forması, nümayəndəlik institutu Naxçıvanın inkişafında əhəmiyyətli rol oynayır

"Naxçıvan Muxtar Respublikasında yeni idarəetmə formasının yaradılması, nümayəndəlik inistitunun təsisi, struktur islahatlarının aparılması da Muxtar Respublikanın inkişafında əhəmiyyətli rol oynayır".

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov deyib.

O bildirib ki, 2023-cü ilin ötən dövründə muxtar respublikada 487,1 milyon manat sənaye məhsulu, 263,7 milyon manat kənd təsərrüfatı məhsulu istehsal edilib, əsas kapitala yönəldilmiş vəsaitlər 125 milyon manat, pərakəndə ticarət dövriyyəsi ciddi həcmdə artaraq 951,9 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 139,3 milyon manat, dövlət büdcəsinin gəlirləri 148,3 milyon manat, dövlət büdcəsinin xərcləri 404,3 milyon manat, orta aylıq nominal əməkhaqqı 671 manat olub.