Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq gedir.
“İki sahil” xəbər verir ki, bunu “Rusiya” sərgi-forumu çərçivəsində Bilik Cəmiyyətinin marafonunda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə təmas saxlayır və hazırda sülh müqaviləsinə hazırlıq gedir.
"Qarabağ problemi ilə bağlı Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır", deyə Patruşev vurğulayıb.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək