06 may 2016 19:00
240

SOCAR 21-ci Beynəlxalq Neft, Qaz və Neft-Kimya sərgisində iştirak edir

SOCAR İranda keçirilən 21-ci Beynəlxalq Neft, Qaz və Neft-Kimya sərgisində iştirak edir. Sərgidə şirkəti Baş ofisin, “Neftqazelmitədqiqatlayihə'' İnstitutunun rəhbər şəxsləri və SOCAR-ın İİR-dəki nümayəndəliyi təmsil edirlər.

Builki beynəlxalq sərgiyə 1000-dən çox yerli şirkət və 40 ölkədən 850 xarici şirkət qoşulmuşdur. İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi mayın 5-də keçirilmiş açılış mərasimində bildirmişdir ki, 21-ci beynəlxalq sərgidə xarici şirkətlərin iştirakı əvvəlki illərlə müqayisədə artmışdır, bəzi şirkətlər və ölkələr birinci dəfədir ki bu sərgidə iştirak edirlər.

Sərgi mayın 8-ə kimi davam edəcəkdir.