06 noyabr 2023 11:04
425

Kanadalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını təklif edib

Artıq ikinci dəfədir ki, Azərbaycanda səfərdəyəm. Həqiqətən bu ölkəyə səfərdən həzz alıram.

“İki sahil” xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü kanadalı səyyah Erik Abtan Xudafərin körpüsündə mətbuata açıqlamasında deyib.

Kandada, Almaniyada yaşayan azərbaycanlı dostlarının olduğunu bildirən səyyah vurğulayıb ki, onlar Azərbaycan haqqında ona çox maraqlı söhbətlər ediblər: “Mən burada gözəl şəkillər çəkmişəm. Qarabağ, bu dağlar, bu mənzərə çox gözəldir. Həmçinin sizin mətbəxiniz, mən Azərbaycan yeməklərini sevirəm. Bu regionun turistik potensialı fantastikdir, siz bir bu körpüyə baxın! Mən təəcübləndim ki, buranı necə olub UNESCO-nun mədəni İrs Siyahısına salmayıblar. Hesab edirəm ki, körpü bu siyahıda yer almağa layiqdir. Düşünürəm ki, illər sonra bura səfər edəndə biz burada çoxlu insan görəcəyik və bu körpünün xüsusi statusu olacaq”.

Səyyah deyib ki, Kəlbəcər və Laçının potensialı da xüsusidir: “Orada çox etmək mümkündür. Təbiəti, oradakı quşlar, oranın özünəməxsus təbiəti var”.