06 noyabr 2023 16:55
343

Azərbaycanın NATO-dakı səfiri albaniyalı həmkarı ilə görüşüb

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Albaniyanın NATO-dakı səfiri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bununla bağlı azərbaycanlı diplomat "X" hesabında paylaşım edib.

"Bu gün Albaniya Respublikasının NATO-da yeni təyin olunmuş daimi nümayəndəsi, səfir İlir Gjoni ilə görüşməkdən məmnun oldum.
Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Albaniyanın regionda qaz tranzit ölkəsi kimi rolu, həmçinin ikitərəfli əlaqələr və iki ölkə arasında yüksək səviyyəli səfərlər barədə fikir mübadiləsi apardıq", - Cəfər Hüseynzadə paylaşımında bildirib.