06 noyabr 2023 16:53
316

Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək

Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək.

“İki sahil” xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşündə müzakirə edilib.

Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.