07 noyabr 2023 01:15
560

Heyvanlardan insana keçən xəstəliklər 2050-ci ilə qədər 12 dəfə arta bilər

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, heyvanlardan insanlara keçən bəzi xəstəliklər 2020-ci ildə qeydə alınan rəqəmlərlə müqayisədə 2050-ci ildə potensial olaraq 12 dəfə çox ölümə səbəb ola bilər.

ABŞ-ın “Ginkgo Bioworks” biotexnoloji şirkətinin ekspertləri dövlətləri qlobal ictimai sağlamlıq riskini aradan qaldırmaq üçün "təcili tədbirlər" görməyə çağırıb. Zoonoz xəstəliklərin törətdiyi epidemiyaların iqlim dəyişikliyi və meşələrin qırılması səbəbindən gələcəkdə daha tez-tez baş verəcəyi proqnozlaşdırılır. Komanda təhlillər zamanı dörd xüsusi viral patogen üçün tarixi tendensiyaları nəzərdən keçirib. Bunlar Ebola virusu və Marburq virusu, SARS Koronavirus 1, Nipah virusu və Boliviya hemorragik qızdırmasına səbəb olan Maçupo virusu olan filoviruslar idi.

Tədqiqata 2020-ci ildə qlobal pandemiyaya səbəb olan və yarasalarda yarandığı ehtimal edilən COVID-19 daxil edilməyib. 1963-2019-cu illər arasında 3150-dən çox epidemiya araşdırılaraq, 24 ölkədə 75 yayılma hadisəsi tədqiq edilib. Müəyyən edilib ki, qlobal sağlamlıqla bağlı risklər tarixi olaraq yüksələn tendensiya nümayiş etdirib.

Araşdırmanın nəticələri “BMJ Global Health” jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”