Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” platformasında qeyd edib.
“Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyyah-bloqçuların işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam”, - o deyib.
Hikmət Hacıyev beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkürünü bildirib.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək