07 noyabr 2023 14:30
288

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb

Serbiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.