07 noyabr 2023 15:29
257

Serbiya Prezidenti Azərbaycana təşəkkür edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkür edib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı təşəkkürünü noyabrın 7-də Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Vuçiç ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.