07 noyabr 2023 16:15
248

Səfir: Türkiyə daim qardaş Azərbaycanın yanındadır

"Azərbaycan 2023-cü il sentyabrın 19-20-də öz torpaqlarında antiterror əməliyyatlarını həyata keçirdi. Bütün dünya da buna diqqət yetirməlidir. Azərbaycan öz torpaqlarını azad etdi".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanda Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

"Biz Türkiyə olaraq daim qardaş Azərbaycanın yanındayıq. Onlar haqq savaşında qalib oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə səfir vurğulayıb.