08 noyabr 2023 08:15
362

Telefonlar “COVID-19” haqqında bildirişləri dayandırdı

Android telefonlarında koronavirus xəstələri ilə təmas haqqında bildirişlər funksiyası deaktiv edilib.

“İki sahil” xəbər verir ki, bu funksiya "Bluetooth" vasitəsilə işləyirdi. İstifadəçilərə onların "COVID-19" xəstəsi ilə əlaqədə ola biləcəyi barədə məlumat verirdi. Öz növbəsində, yoluxmuş istifadəçilər proqramda statuslarını qeyd edə bilərdilər.

Bildirilir ki, funksiya "Google Play"dən silinib. Onun fəaliyyəti "Google" xidmətləri ilə bütün Android smartfonlarında dayandırılıb. Mütəxəssislər həmçinin qeyd ediblər ki, istifadəçilər artıq "Əlaqə bildirişi"ni də aktivləşdirə bilmirlər.

Bu xüsusiyyət Android smartfonlarında 2020-ci ilin may ayında ortaya çıxıb. "Apple" ilə birlikdə istifadəyə verilib və "iPhone" istifadəçiləri üçün də əlçatan olub. 

Məlumata görə, bu addım xəstəlik qalsa da, pandemiyanın bitməsi ilə əlaqəli atılıb.