Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib
Türkiyənin HAVELSAN şirkəti Ankara və Bakının müdafiə sahəsində əməkdaşlığına töhfə verir