Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilir.
“İki sahil” xəbər verir ki, yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edəcək.
Sonra Seyrəngahda bədii hissə nəzərdə tutulub. Həmçinin Laçın bulvarında bayram konserti olacaq.
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək
Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr