“8 Noyabr-Zəfər Günü Azərbaycan üçün tarixi və işıqlı gündür”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusman bildirib.
O xatırladıb ki, 31 oktyabr 2003-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev inauqurasiyası zamanı işğal altındakı torpaqları geri qaytaracağına, Qarabağ üzərində Azərbaycan bayrağını ucaldacağına and içmişdi.
“Bu gün isə Azərbaycan bayrağı Qarabağın mərkəzində Xankəndidə qürurla dalğalanır. Bu gün Xankəndidə keçirilən hərbi paradı qəbul edən Ali Baş Komandan İlham Əliyev bu qələbənin, işğaldan azad olunan torpaqların, Azərbaycan xalqına qayıdan ləyaqət hissinin simvoludur. Bununla bizim hamımızı təbrik etmək olar. Bayramımız mübarək”, - deyə Qusman yekunlaşdırıb.
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək
Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr