08 noyabr 2023 16:28
229

Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

“Qarabağın işğaldan azad edilməsinin üçüncü ildönümündə əziz azərbaycanlı qardaşlarımızın Zəfər Gününü coşğu ilə qeyd edirik”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi özünün rəsmi “X” sosial media hesabında yazıb.

“Bu yolda şəhid olan qəhrəmanlarımızı və qazilərimizi şükranla yad edirik”, - paylaşımda vurğulanıb.