08 noyabr 2023 18:22
434

“TikTok” sahibindən işçilərə müjdə

“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinə məxsus “ByteDance” şirkəti işçiləri arasında inamını artırmaq üçün onların səhmlərini daha yüksək qiymətə almağı təklif edir.

"İki sahil”in xarici mediaya istinadən xəbərinə görə, Çinin texnologiya nəhəngi olan “ByteDance” səhmləri öncəki illə müqayisədə daha baha almağı təklif edir. Artıq bununla bağlı plan təsdiqlənib.

Şirkətin sözçüsü bildirib ki, burada əsas məqsəd işçilərin motivasiyasını artırmaqdır.