08 noyabr 2023 19:22
426

“Google Waze” qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq

“Google” şirkətinə məxsus “Google Waze” naviqatoru sürücülərin rahatlığını artırmaq üçün daha bir yeniliyə imza atıb.

“İki sahil”in xarici mediaya istinadən xəbərinə görə, “Google Waze” öncədən qəzaya meyilli yollarla bağlı sürücüləri məlumatlandıracaq. Bununla da sürücülər qəzaya meyilli və daha çox qəzaların baş verdiyi ərazilərə doğru hərəkət etdikdə naviqotor vasitəsilə detallı məlumatlar əldə edəcəklər.

Şirkətin açıqlamasında bildirilib ki, qəzaya meyilli ərazilər haqda informasiyalar “Google Waze”in datalarından toplanılmaqla yanaşı, həm də süni intellekt tərəfindən araşdırılaraq öyrənilib.