İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlət başçısı bildirib: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.
Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək
Hörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr
Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb
Elçin Əmirbəyov: Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür