09 noyabr 2023 12:53
251

Pakistan Baş naziri: ECO-nu daha fəal və səmərəli təşkilata çevirmək üçün çalışmalıyıq

"Sammitin əhəmiyyəti görüşlərimiz çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, aktual problemlərin müzakirəsi və gələcək əməkdaşlıq, yeni ssenarilərin yaradılması, ECO-nun daha inteqrasiya olunmuş bir təşkilata çevrilməsi üçün vacibdir”.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında təşkilatın Baş katibi çıxışında Xusrav Noziri deyib.

O bildirib ki, ECO ölkələri arasında investisiyalar aşağı səviyyədədir, ticarət sazişlərinin sayı artırılmalıdır: "Əminəm ki, Özbəkistan regional ticarətin inkişafı üçün səylərimizi dəstəkləyəcəkdir".

Baş katib deyib ki, iqtisadi dəhlizlərin yaradılması və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi vacibdir.

ECO-nun baş katibi çıxışında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa da toxunaraq xatırladıb ki, təşkilat daxilində yalnız Azərbaycan və Türkiyə enerji təhlükəsizliyi ilə bağlı nizamnaməni imzalayıb və o, digər üzv ölkələri də bu sənədi imzalamağa çağırıb.

İran Prezidenti İbrahim Rəisi çıxışında İsrail və HAMAS arasında müharibəyə, Qəzzadakı vəziyyətə toxunub. O Qəzzaya humanitar yardımın çatdırılması həyati əhəmiyyət kəsb edir.

İran dövlət başçısı çıxışında ECO çərçivəsində əməkdaşlığın dərinləşməsini, belə təşkilatların çoxtərəfliliyi təşviq etdiyini deyib.
O qeyd edib ki, regional iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün müəyyən addımlar atılmalıdır: "Enerji, əlaləqələndirmə, texnologiya sahəsində İran öz təcrübəsini paylaşmağa hazırdır. Yaxın gələcəkdə ticarət zoansının yaradılması ilə bağlı vacib, praktiki addımların atılmasını gözləyirik".
İqlim dəyişikliyi barədə İran Prezidenti deyib ki, bu problem inkişaf etmiş ölkələrin sənayesindən qaynaqlansa da nəticələri ilə üzləşməkdən heç kim sığortalanmayıb.

"İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Ətraf Mühit Məşvərət Şurasının yaradılmasını dəstəkləyirik, bu format öz daxilində bu sahədə çalışan elm adamlarının əməkdaşlığına, fikir mübadiləsinə imkan verəcək", - İran Prezidenti deyib.

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında deyib ki, ECO-nun son sammitindən bəri bir sıra vacib geosiyasi hadisələr baş verib və bu təşkilata üzv ölkələrə də təsir edib.

Qırğızıstan Prezidenti Yaxın Şərqdəki vəziyyətə toxunaraq tərəfləri atəşkəsə dəvət edib, o deyib ki, bu istiqamətdə BMT Baş katibinin də vurğuladığı kimi addımlar atılmalıdır.

Prezident Japarov Əfqanıstanla bağlı da danışaraq deyib ki, bu ölkənin inkişafı üçün, regiona inteqrasiyası üçüm addımların atılması vacibdir: "Regional inteqrasiya hamımızın ortaq gözləntisidir. Biz ticarət axtarışlarının şaxələndirilməsinə fokuslanmalıyıq.
Logistika habının yaradılması vacibdir bu bizim regionumuzu Qərb və Şərq arasında körpü halına gələ bilər".

Qırğızıstan Prezidenti öz ölkəsinin yaşıl iqtisadiyyata və enerjiyə keçiddə əhəmiyyətli addımlar atdığını vurğulayıb: "İştirakçı ölkələrin də səyləri ilə enerji layihələrimizin artmasına ümid edirik.
Biz təşkilata sədrliyi uğurla tamamlamış Azərbaycan hökumətini təbrik edirik, növbəti sədr ölkə İrana uğurlar arzu edirik".

Sammitdə Pakistan Baş naziri Ənvər-ul-Xak Kakar çıxış edib. O qarşılıqlı investisiyaların qoyulmasının vacibliyini qeyd edib. Pakistan Baş naziri deyib ki, onun hökuməti Pakistana investisiyaların qoyulması, müvafiq azad ticarət mühitinin yaradılması üçün konsepsiya təqdim edib.
Pakistan Baş naziri Qəzzadakı vəziyyətə toxunub, təcili atəşkəs üçün çağırış edib.
O, Cammu və Kəşmirlə bağlı da danışaraq deyib ki, bununla bağlı BMT qətnamələrinin yerinə yetirilməsi vacibdir.

O deyib ki, üzv ölkələr ECO-nu daha fəal və səmərəli təşkilata çevirmək üçün çalışmalıdır.

Tacikistan Prezidenti Emomali Rahmon çıxışında Azərbaycana sədrlik üçün təşəkkür edib. O deyib ki, bu gün keçirilən müzakirələr ECO-ya öz töhfəsini verəcək.

O deyib ki, Tacikistanın xarici ticarətinin 35 faizi ECO-ya üzv ölkələrin payına düşür ki, bu da böyük rəqəmdir.

Prezident Rahmon deyib ki, regionda nəqliyyat dəhlizlərinin yaradılması vacibdir. "Biz Şimal-Cənub dəhlizini dəstəkləyirik və inanırıq ki, bu dəhliz regionun potensialını ortaya qoyacaq".