Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat yayıb.
Təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.
Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artımdır.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq