8 Noyabr – Zəfər Günü Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirlikləri tərəfindən ölkəmizin Romadakı Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə İtaliyada yaşayan həmvətənlərimiz, tələbələr, zabitlər, türk dövlətlərinin səfirləri və diplomatları, habelə Azərbaycan səfirliklərinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himn səsləndirilib, Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunub.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək 8 Noyabr – Zəfər Gününün milli qürur bayramı, xalqımızın qüdrətinin təntənəsi olduğunu deyib. O qeyd edib ki, Zəfər Günü rəşadət, tarixi ədalətin bərpası, milli qürur və ləyaqət bayramıdır.
Səfir bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində apardığı Vətən müharibəsində qalib gəlib, bu ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib.
Sonra Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddan görüntülər nümayiş etdirilib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı dinlənilib.
Tədbir Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət ilə davam etdirilib.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib