09 noyabr 2023 18:08
292

Livanda Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub

Zəfər Günü münasibətilə Azərbaycanın Respublikasının Livandakı Səfirliyinin əməkdaşları bu ölkənin Akkar vilayətinin Kavaşra qəsəbəsinə səfər edərək, orada 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfirlikdən “İki sahil”ə bildirilib ki, tədbirdə vaxtilə Azərbaycanda təhsil almış Livan vətəndaşları, Kavaşra bələdiyyəsinin rəhbərliyi, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Abidənin önünə səfirliyin və qonaqların adından əklillər qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Müvəqqəti işlər vəkili Fərhad Quluzadə çıxış edərək, belə bir abidənin ucaldılması üçün yaradılmış şəraitə görə Akkar vilayətinin və Kavaşra qəsəbəsinin rəhbərliyinə təşəkkür edib, eyni zamanda, bu addımın Livan-Azərbaycan dostluq əlaqələrinin bir nümunəsi kimi dəyələndirildiyini vurğulayıb.